...

Binəqədi və Sabunçu rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 1 Aprel 2015 10:02 (UTC +04:00)
Binəqədi və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Binəqədi və Sabunçu rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Binəqədi və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Motodrom ərazisinə gedən diametri 720 mm-lik orta təzyiqli qaz xəttinin üzərində istehsalat zəruriyyəti ilə bağlı siyirtmənin quraşdırılması və diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunda və saat 10:00-dan 15:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti