...

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində beynəlxalq seminar keçirilib

Cəmiyyət Materials 1 Aprel 2015 12:24 (UTC +04:00)
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində beynəlxalq seminar keçirilib.
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində beynəlxalq seminar keçirilib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində beynəlxalq seminar keçirilib.

Martın 31-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində "Kiçik biznesin inkişafında biznes inkubatorların rolu" mövzusunda beynəlxalq seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə BMT-nin İnkişaf Proqramının eksperti Pavel Habarta, İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də biznes inkubatorun iştirakçıları iştirak ediblər.

Seminarda iştirakçılara biznes inkubatorun idarə edilməsi və bu sahədə beynəlxalq təcrübə, biznes inkubatorun təşkilatı idarəetmə strukturunun və idarəetmə orqanlarının yaradılması, biznes inkubatorun fəaliyyətinin təkmilləşdirilməsi və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, seminarda biznes inkubator iştirakçıları ilə fərdi görüşlər keçirilib, biznesin təşkili və idarə edilməsi ilə bağlı konsaltinq xidmətləri göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Seminar 2 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti