...

Azərbaycana əsl yaz havası gəlir

Cəmiyyət Materials 1 Aprel 2015 13:09 (UTC +04:00)
Azərbaycanda hava şəraiti mülayimləşəcək, bəzi yerlərdə temperatur 14 dərəcəyədək yüksələcək.
Azərbaycana əsl yaz havası gəlir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda hava şəraiti mülayimləşəcək, bəzi yerlərdə temperatur 14 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, aprelin 2-də hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın hərarəti gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti