...

Ron Kameron: İnanırıq ki, Avropa Oyunlarında dünya səviyyəli möhtəşəm açılış mərasimi keçiriləcək (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2015 14:37 (UTC +04:00)
“Bakı Olimpiya stadionunda İlk Avropa Oyunlarının açılış mərasiminə hazırlıq işləri sürətlə davam etdirilir. İnanırıq ki, burada dünya səviyyəli möhtəşəm bir açılış mərasimi keçiriləcək”.
Ron Kameron: İnanırıq ki, Avropa Oyunlarında dünya səviyyəli möhtəşəm açılış mərasimi keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Bakı Olimpiya stadionunda İlk Avropa Oyunlarının açılış mərasiminə hazırlıq işləri sürətlə davam etdirilir. İnanırıq ki, burada dünya səviyyəli möhtəşəm bir açılış mərasimi keçiriləcək". Trend-in məlumatına görə, bu barədə Bakı Olimpiya Stadionunun tikinti işləri üzrə baş meneceri Ron Kameron jurnalistlərə deyib.

R.Kameron qeyd edib ki, açılış mərasimini izləyən bütün tamaşaçılar buna heyran olacaq. O bildirib ki, stadion Oyunlar başlayana qədər tam hazır vəziyyətdə olacaq. R.Kameronun sözlərinə görə, stadionda əsas işlər tam yekunlaşıb, hazırda landaşftın hazırlanması, təmizləmə işləri daxil olmaqla bir sıra işlər həyata keçirilir.

R.Kameron Bakı Olimpiya Stadionunun dünya stadionlarından fərqindən də danışıb. O qeyd edib ki, Bakı Olimpiya Stadionu dünya olimpiya stadionlarından bir sıra üstünlükləri ilə fərqlənir: "Stadionda oturacaqlar oyun sahəsinə yaxın məsafədə yerləşdirilib ki, bu da tamaşaçılara yarışları daha yaxından izləmək imkanı verir".

R.Kameron vurğulayıb ki, stadionda ən müasir texnologiyalardan istifadə edilib. Onun sözlərinə görə, stadionda müasir təhlükəsizlik, işıqlandırma, nəzarət, səs sistemləri quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti