...

XİN: Oxot dənizində batan gəmidə Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 2 Aprel 2015 11:15 (UTC +04:00)
Oxot dənizində qəzaya uğrayan “Dalniy Vostok” traulerində 7 azərbaycanlı olub.
XİN: Oxot dənizində batan gəmidə Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Oxot dənizində qəzaya uğrayan "Dalniy Vostok" traulerində 7 azərbaycanlı olub. Bu barədə Trend-ə Rusiya FHN-in Maqadandakı yerli idarəsindən bildiriblər.

Orada olan azərbaycanlıların siyahısı məlum olub: Məhəmməd Səfər oğlu Səfərov (18.02.1964); Muradəli Qurban oğlu Məhərrəmov (09.04.1987); Fazil Hilal oğlu Şəkərov (23.10.1959) barəsində hələ məlumat yoxdur.

İmadədddin Hidayət oğlu Sadıqov (Naxçıvan sakini, 23.02.1969), Mailağa Talıbov Ulduz oğlu (28.12.1964), Elman Əliyev Fərqan oğlu (17.10.1964)və Yaşar Fərqan Əliyev (13.03.1975) ilk sağ qalanalr siyahısındadır.

Gəmi batarkən göyərtədə olan 132 nəfərdən 117-i sudan çıxarılsa da, onların 54-ü həlak olub. 15 balıqçının taleyi isə hələlik naməlumdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Oxot dənizində qəzaya uğrayan "Dalniy Vostok" traulerində Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumatı araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti