...

Bakının bəzi yollarında sürət həddi dəyişdirildi (VİDEO)(FOTO)

Cəmiyyət Materials 2 Aprel 2015 11:43 (UTC +04:00)
Hava şəraiti nəzərə alınaraq Böyükşor-Hava limanı-Bigəh, Zığ dairəsi-Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddi 20km/saat aşağı salınıb.
Bakının bəzi yollarında sürət həddi dəyişdirildi (VİDEO)(FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bakının bəzi yollarında sürət həddi dəyişdirilib. "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, hava şəraiti nəzərə alınaraq Böyükşor-Hava limanı-Bigəh, Zığ dairəsi-Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20km/saat aşağı salınıb.

Sürət həddi 120km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib. Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti