...

Nazir: Turizm obyektlərində bahalaşmanın olması üçün əsas yoxdur

Cəmiyyət Materials 2 Aprel 2015 14:17 (UTC +04:00)
Azərbaycanda yay turizm mövsümü ərzində hotellərdə, turizm obyektlərində bahalaşma olmayacaq və buna əsas yoxdur.
Nazir: Turizm obyektlərində bahalaşmanın olması üçün əsas yoxdur

Azərbaycan, Bakı, 2 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yay turizm mövsümü ərzində hotellərdə, turizm obyektlərində bahalaşma olmayacaq və buna əsas yoxdur.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hotellərdə qış turizmi ilə əlaqədar monitorinq keçirib. Monitorinq zamanı hotellərdə qiymət artımı qeydə alınmayıb. Amma hotellərin xidmət keyfiyyətinin artdığı məlum olub: "Ötən ilə nisbətən bu il heç bir hoteldə bahalaşma olmayıb. İnanıram ki, yay turizm mövsümü zamanı da hotellərdə, turizm obyektlərində bahalaşma olmayacaq. Çünki buna əsas yoxdur".

Azərbaycanda yeni açılan hotellərin də turistlərə cəlbedici təkliflər təqdim etdiyini deyən Ə.Qarayevin sözlərinə görə, nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. Hazırda tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti