...

PAŞA Bank “British Council” ilə birgə “Gələcəyə Təşəbbüs” müsabiqəsi elan edir

Cəmiyyət Materials 7 Aprel 2015 10:57 (UTC +04:00)
PAŞA Bank “British Council” ilə birgə “Gələcəyə Təşəbbüs” Yazı Müsabiqəsi elan edir
PAŞA Bank “British Council” ilə birgə “Gələcəyə Təşəbbüs” müsabiqəsi elan edir

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Ölkənin ən iri banklarından biri - PAŞA Bank - "British Council" ilə birgə artıq dördüncü ildir ki, həyata keçirdiyi ənənəvi "Gələcəyə Təşəbbüs" Yazı Müsabiqəsini elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin tələbələri arasında həyata keçirilən bu müsabiqənin əsas məqsədi tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatlarını müzakirə etmək üçün imkan yaratmaq, həmçinin, gəncləri Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etməkdir.

Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabilliyyəti, istinad və plaqiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizdələr tərəfindən inşaların yazılmasından ibarətdir.

Müsabiqədə kimlər iştirak edə bilər?
İştirakçılar Azərbaycan vətəndaşı olmalı və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaş arası tələbələri olmalıdır.

Müsabiqə layihədə iştirak etmək üçün müraciət etmiş adları aşağıda qeyd olunan ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında keçiriləcək:

ADA Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakı Dövlət Universiteti
Xəzər Universiteti
Moskva Dövlət Universitetinin Bakı filialı
Qafqaz Universiteti
Qərb Universiteti
Sumqayıt Dövlət Universiteti

Müsabiqə hansi mərhələlərdən ibarətdir?

Müsabiqə aşağıdakı mərhələlərdən ibarətdir:
Müsabiqənin elan edilməsi
Seçilmiş ali təhsil müəssisələrində layihə barədə təqdimat keçirməklə iştirakçılar arasında ərizə qəbulunun aparılması
Hər universitetin seçilmiş tələbələrinə Böyük Britaniyada təhsil almış məzunlar tərəfindən inşa yazma qabiliyyəti, istinad və plaqiatçılıq adlı mövzularda təlimlərin keçirilməsi
İnşaların qəbulu və qaliblərin seçilməsi
Qaliblərin Böyük Britaniyanın aparıcı universitetlərində biznes və idarəetmə üzrə yay məktəbində iştirakı.

İnşalar aşağıdakı mövzular üzrə qəbul olunacaq. Tələb olunan yazı dili ingilis dilidir.

Maliyyə institutlarında davamlılıq mexanizmləri
Maliyyə institutlarının qeyri-maliyyə hesabatları
Ölkənin qloballaşmasında və iqtisadi inkişafında intellektual kapitalın zəruriliyi

Azərbaycanda bankçılıq Avropa ölkələrində bankçılıqla müqayisədə
Maliyyə idarəçiliyinin və verginin zəruriliyi
İnformasiya texnologiyalarının Azərbaycan iqtisadiyyatında rolu 21-ci əsrdə tələb olunan bacarıqlar: Uğurlu karyera qurmaq üçün vacib olan bacarıqlar
Universitet və biznes müəssisələri arasında əməkdaşlıq əlaqələrinin məzunlara və ölkənin ümumi iqtisadi inkişafına təsiri

Mükafat:
Müsabiqənin üç qalibi 2015-ci ilin iyul-avqust ayları ərzində Böyük Britaniyanın aparıcı universitetlərindən birində Yay məktəbində iştirak edəcək.

Müsabiqənin finalistlərinə PAŞA Bank tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim ediləcək. Finalistlərə layihədə uğurlu iştirakına görə PAŞA Bank və British Council tərəfindən sertifikatlar təqdim olunacaq.

Layihənin qaydalari:
Tələbələrin layihənin təqdimatlarında iştirakı və müsabiqədə iştirak etmək istəyən tələbələrin ərizə formasını tamamlayaraq müsabiqəyə müraciət etməsi;

Seçilmiş tələbələr Böyük Britaniyada təhsil almış məzunlar tərəfindən inşa yazma qabiliyyəti, istinad və plaqiatçılıq adlı mövzularda təlimlərdə iştirakı;
Təlimdən keçmiş tələbələr tərəfindən 30 aprel, 2015-ci il tarixinədək inşaların qəbulu;
Hər bir tələbə seçilmiş mövzular üzrə yalnız bir inşa ilə müraciət edə bilər;
Yaş məhdudiyyəti 18-22 yaşarasıdır;
İnşalar 2000 sözdən artıq olmamalıdır və ingilis dilində yazılmalıdır;

İnşalar orijinal olmalıdır. Daha əvvəl çap edilmiş və ya yazılmış yazılar qəbul edilməyəcək. Plagiatlıq qeyd olunan inşalar dərhal yararsız hesab ediləcək. Xahiş edirik nəzərə alasınız ki, qəbul olunan inşalar plagiatlıq əleyhinə xüsusi proqram vasitəsilə yoxlanılacaq.

PAŞA Bank və British Council qalib olan inşaları çap etmək və ya ictimaiyyətə açıq təqdim etmək hüququna malikdir. Qaliblər barədə son qərar münsiflər heyəti tərəfindən verilir və mühakimə edilə bilməz.

Layihə ilə bağlı ətraflı məlumat əldə etmək üçün Təhsil işləri üzrə icraçı Nigar Nəsrullayeva ilə əlaqə saxlaya bilərsiniz.
E-mail: [email protected]
T: 4971593, 4972013,
F: 4989236

Bank haqqında:

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti