...

Bakı-Ələt yolunda bağlantı yollarının çəkilməsinin son tarixi açıqlandı (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2015 17:12 (UTC +04:00)
Bakı-Ələt yolunun 4-6-cı km hissəsində bağlantı yollarının çəkilməsi işləri davam edir.
Bakı-Ələt yolunda bağlantı yollarının çəkilməsinin son tarixi açıqlandı (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Bakı-Ələt yolunun 4-6-cı km hissəsində bağlantı yollarının çəkilməsi işləri davam edir. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev bildirib ki, orada 6 bağlantı yolun olması nəzərdə tutulur. Yollardan ikisi 6 zolaqlı, biri 3 zolaqlı, digər üçü isə 4 zolaqlı olacaq: "Beş yolda işlər demək olar ki, başa çatıb. Yalnız 3 zolaqlı yolda 100 metrlik hissədə müəyyən işlər qalıb. Çünki həmin ərazidə rabitə və su xətləri var ki, onlar köçürülməlidir. Kommunikasiya xətləri köçürüldükdən sonra həmin hissədə işlər yekunlaşdırılacaq. Hava şəraiti normal keçərsə, aprelin sonunadək Bakı-Ələt yolunun 4-6-cı km hissəsində bağlantı yollarının çəkilməsi işləri tam yekunlaşacaq".

Qeyd edək ki, Bakı-Ələt yolunun 4-6-cı km hissəsində yeni bağlantı yollarının çəkilməsi I Avropa Oyunları zamanı su idmanı yarışlarının keçiriləcəyi Su İdmanı Sarayına rahat gediş-gəlişi təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti