...

Paytaxtın Avtovağzal dairəsindəki təmir işləri tamamlanmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2015 17:27 (UTC +04:00)
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Avtovağzal dairəsində hazırda kommunikasiya xətlərinin - yerin alt hissəsindəki rabitə və qaz xətlərinin köçürülməsi işləri aparılır.
Paytaxtın Avtovağzal dairəsindəki təmir işləri tamamlanmaq üzrədir (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Avtovağzal dairəsində hazırda kommunikasiya xətlərinin - yerin alt hissəsindəki rabitə və qaz xətlərinin köçürülməsi işləri aparılır.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, nəqliyyatın normal hərəkətini təmin etmək məqsədilə dairə 34 m-dən 22-yə qədər kiçildilir: "Orada səki daşlarının düzülməsi, həmin ərazidə ayırıcı zolağın salınması istiqamətində işlər gedir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra həmin ərazidə nəqliyyat sıxlığı nisbətən aradan qaldırılacaq".

Qeyd edək ki, I Avropa Oyunları zamanı stend atıcılığı üzrə yarışlar məhz bu istiqamətdə yerləşən Stend Atıcılığı İdman Kompleksində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti