...

“İstedadların hazırlığı laboratoriyası” istedadlı gəncləri toplayır

Cəmiyyət Materials 11 Aprel 2015 13:51 (UTC +04:00)
“İstedadların hazırlığı laboratoriyası”nda 7-11-ci sinif şagirdləri iştirak edə bilər

Azərbaycan, Bakı, 11 aprel /Trend/

"İstedadların hazırlığı laboratoriyası"nda 7-11-ci sinif şagirdləri iştirak edə bilər.

2013-cü ilin yanvar ayından etibarın Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə "İstedadların hazırlığı laboratoriyası" layihəsi həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir. Layihə çərçivəsində iştirakçıların seçiminin on-line olimpiadalar vasitəsilə aparılması nəzərdə tutulub.

2013 və 2014-cü illərdə 2400 nəfərdən artıq şagird "İstedadların hazırlığı laboratoriyası"-nda iştirak edib. 2015-ci ilin aprelin 1-dən 8-dək 700-dək şagird qeydiyyatdan keçib.

Aprelin 12, 19, 26-da saat 12.00-dan - 15.00-dək lll Respublika olimpiadası çərçivəsində müvafiq olaraq l, ll və lll on-line mərhələlər keçiriləcək.

"İstedadların hazırlığı laboratoriyası" çərçivəsində lll Respublika Olimpiadasında iştirak etmək istəyən 7-11-ci sinif şagirdləri www.istedad.az saytında qeydiyyatdan keçərək on-line mərhələlərdə iştirak edə bilərlər.

Layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti