...

Bakıda iki böyük prospekti birləşdirən yol əsaslı təmirə dayandı (FOTO+VİDEO)

Cəmiyyət Materials 14 Aprel 2015 17:41 (UTC +04:00)
Bakıda iki əsas prospekti - Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən Ələsgər Qayıbov küçəsinin əsaslı yenidənqurma işlərinə başlanılıb.
Bakıda iki böyük prospekti birləşdirən yol əsaslı təmirə dayandı (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda iki əsas prospekti - Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən Ələsgər Qayıbov küçəsinin əsaslı yenidənqurma işlərinə başlanılıb. Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Sovet dövründə köhnə texnologiya və normativlərlə inşa olunan həmin küçədə drenaj xətti olmadığı üçün yol örtüyünün səthində çoxsaylı gölməçələr yaranırdı ki, bu da yol örtüyünün deformasiyası və dağılmasına səbəb olmuşdu, həmçinin avtomobillərin hərəkətinə maneə törədir.

P.Mürsəliyev bildirib ki, yolun əhəmiyyəti nəzərə alınaraq bu gündən yolda təmir işlərinə başlanılıb. İki gediş və iki gəlişdən ibarət küçə əsaslı şəkildə yenidən qurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti