...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

Cəmiyyət Materials 15 Aprel 2015 12:54 (UTC +04:00)
Sabah Azərbaycanda şimal-qərb küləyinin əsməsi ilə əlaqədar temperatur bir qədər enəcək.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda şimal-qərb küləyinin əsməsi ilə əlaqədar temperatur bir qədər enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Aprelin 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi cənub rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti