...

Artıq yaşayış yeri haqqında arayışları elektron formada ala biləcəyik

Cəmiyyət Materials 15 Aprel 2015 15:58 (UTC +04:00)
Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 elektron arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib.
Artıq yaşayış yeri haqqında arayışları elektron formada ala biləcəyik

Azərbaycan, Bakı, 15 aprel /Trend, Hüseyn Vəliyev/

"Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 elektron arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib. Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

İstifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:

- Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış;
- Yaşayış yeri haqqında arayış;
- FİN-ə görə fərdi məlumatların axtarışı;
- Diplom haqqında məlumatlar.

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqqında e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:

- Soyad, ad, ata adı
- FİN
- ŞV verilmə tarixi
- Etibarlılıq tarixi
- Verən orqanın adı
- Vətəndaşlıq
- Yaşayış ünvanı
- Doğum yeri
- Doğum tarixi
- Boy
- Qan qrupu
- Ailə vəziyyəti
- Hərbi vəzifə
- Cins
- Göz rəngi

Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:

- Qəbul olduğu təhsil müəssisəsinin adı
- Qəbul olduğu ixtisas
- Yerdəyişmə üzrə məlumatlar
- Bitirdiyi təhsil müəssisəsinin adı
- Bitirdiyi ixtisas
- Fakültə
- Təhsil pilləsi
- Təhsil forması
- Təlim dili
- TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
- Təhsil müəssisəsinə daxil olduğu il
- Təhsil müəssisəsini bitirdiyi il
- Diplomun seriya və nömrəsi
- Diplomun növü

E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.

Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, portal vasitəsilə İD nömrə üzrə yoxlanılması mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti