...

Bakı müəllimləri üçün məşğələlər başladı

Cəmiyyət Materials 15 Aprel 2015 16:39 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramı çərçivəsində məşğələlərə start verilib.
Bakı müəllimləri üçün məşğələlər başladı

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və "İnkişaf" Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan "Təməl" təqaüd proqramı çərçivəsində məşğələlərə start verilib.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdir.

Təqaüd proqramında iştiraka maraq göstərən şəxslər sırasından 105 nəfər seçilib, nəzəri və praktik məşğələlərin aparılmasına 20-yə yaxın mütəxəssis cəlb olunub. Beş mərkəzdə ki ay yarım davam edəcək təlimdə müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinifin idarə edilməsi, şəxsi inkişaf, vaxtın idarə edilməsi, planlaşdırma, rəqəmsal savadlılıq və digər bu kimi mövzularda mühazirə, praktik məşğələ və ustad dərslərində iştirak edəcək, qabaqcıl məktəblərin təlim mühiti ilə tanış olacaqlar. Proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti