...

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Cəmiyyət Materials 19 Aprel 2015 14:00 (UTC +04:00)
2015-ci ilin ilk rübündə Azərbaycandan Gürcüstana pul köçürmələri ötən ilin analoji dövrü ilə müqayisədə 4,73 faiz artıb.
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin ilk rübündə Azərbaycandan Gürcüstana pul köçürmələri ötən ilin analoji dövrü ilə müqayisədə 4,73 faiz artıb. Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında qeyd olunur.

Azərbaycandan bu ölkəyə ilin ilk 3 ayında 3,77 milyon ABŞ dolları köçürülüb. Gürcüstana xaricdən pul köçürmələrinin ümumi həcmində Azərbaycanın payına 1,5 faiz düşür.

2014-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana pul transferinin həcmi 3 milyon 599,9 min dollar (ümumi transfer həcminin 1,1 faizi) təşkil etmişdi.

Mart ayına olan vəziyyətə görə, Gürcüstana pul köçürən ölkələr arasında Azərbaycan 10-cu yerdə qərarlaşıb.

İlin ilk 3 ayında Gürcüstana xaricdən köçürülən 249,63 milyon ABŞ dolları həcmində vəsaitin 35,4 faizi (88,4 milyon dollar) Rusiyanın payına düşür. 16,13 faizlə (40,37 milyon dollar) Yunanıstan, 10,57 faizlə (26,38 milyon dollar) isə İtaliya ikinci və üçüncü yerləri bölüşdürürlər.

Gürcüstandan Azərbaycana pul köçürmələri isə yanvar-mart aylarında 1,66 milyon dollar olub ki, bu da ötən ilin ilk rübündə gerçəkləşən 1,44 milyon dollar transfer həcmi ilə müqayisədə 13,3 faiz artıqdır.

Gürcüstandan xaricə pul köçürmələrinin 3,9 faizini Azərbaycandan transferlər təşkil edir. 2015-ci ilin ilk rübündə Gürcüstandan xarici ölkələrə 42,53 milyon ABŞ dolları köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti