...

“Heydər zivəsi”nə yürüş etmək istəyənlərin qeydiyyatına başlanıldı

Cəmiyyət Materials 16 Aprel 2015 15:55 (UTC +04:00)
Ümummilli Liderin ad günü ərəfəsində “Heydər zivəsi”nə yürüş etmək istəyənlərin qeydiyyatına start verilib.
“Heydər zivəsi”nə yürüş etmək istəyənlərin qeydiyyatına başlanıldı

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Ümummilli Liderin ad günü ərəfəsində "Heydər zivəsi"nə yürüş etmək istəyənlərin qeydiyyatına start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Heydər zirvəsi"nə nəzərdə tutulan kütləvi yürüşlə bağlı təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmək məqsədilə bu il də Təşkilat Komitəsi yaradılıb. Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası cəlb olunub.

Qeyd edək ki, 01-12 may 2015-ci il tarixlərində Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə müəyyən olunmuş marşrut üzrə təşkil olunacaq kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə birdəfəlik giriş haqqından azad edilib.

Yürüşə qoşulmaq arzusunda olan bütün iştirakçılar, eyni zamanda hüquqi və fiziki şəxslər mayın 1-dək sənədlərini Təşkilat Komitəsinə təqdim etməlidirlər. Yürüşlə bağlı bütün məlumatları isə onlayn və ya alternativ vasitələrin köməyi ilə Təşkilat Komitəsindən almaq mümkündür (ünvan: Şabran rayonu Şahdağ Milli Parkının Baş Ofisi, tel: (+994)-23-353-66-63, (+994)-50-233-01-22, (+994)-55-243-60-30, faks: (+994)-23-353-66-63, e-mail: [email protected]).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti