...

"Azərbaycanın hərb tarixində müdafiə istehkamlarının rolu" (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2015 21:14 (UTC +04:00)
Azərbaycan Hərb Tarixi Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş "Azərbaycanın hərb tarixində müdafiə istehkamlarının rolu" adlı tədbir keçirilib.
"Azərbaycanın hərb tarixində müdafiə istehkamlarının rolu" (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Hərb Tarixi Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş "Azərbaycanın hərb tarixində müdafiə istehkamlarının rolu" adlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra muzeyin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək UNESCO-nun yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura (ICOMOS) tərəfindən 1983-cü il aprelin 18-də qəbul edilən qərarın tarixi barədə danışıb. O, qeyd edib ki, qərarın verilməsinin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına, mühafizə edilməsinə yönəltməkdir.

Qədim zamanlardan Azərbaycanın hərb işinin tərkib hissəsini istehkam qurğularının inşası təşkil edirdi. İnsan yarandığı dövrdən özünün yaşadığı ərazini müxtəlif vasitələrlə qorumağa çalışırdı. Qobustan, Gəmiqaya, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Gələrsən-Görərsən kimi qalalarımız tarixi keçmişimizin maddi yadigarlarıdır.

"İçərişəhər" Tarixi Muzeyinin əməkdaşı Musa Musayev də çıxış edərək vurğulayıb ki, müstəqillik dövründə Azərbaycan dövləti tərəfindən ölkəmizdə mədəni irsin qorunmasına, öyrənilməsinə və təbliğinə qayğı və dəstək durmadan artır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bir çox mədəni irs lahiyələrinin təşəbbüsçüsü və himayəçisi olduğunu xüsusi qeyd etmək lazımdır.

Sonra Azərbaycan Hərb Tarixi və "İçərişəhər" Tarixi muzeylərinin əməkdaşları Həcər Alxasova və Nuranə Nəcəfovanın müdafiə olunan abidə-istehkamlara aid məruzələri dinlənilib.

Şəhər muzeylərində saxlanılan eksponatların fotolarından ibarət sərgi də tədbir iştirakçılarında böyük maraq doğurub.

Sonda Azərbaycan Hərb Tarixi Muzeyi və "İçərişəhər" Tarixi Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti