...

Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran, Şəki və Quba rayonlarında işəgötürənlərlə görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2015 11:12 (UTC +04:00)
İşəgötürənlər iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsini, istehsal qurğularının, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət olunmasını təmin etməlidirlər.
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran, Şəki və Quba rayonlarında işəgötürənlərlə görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

İşəgötürənlər iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsini, istehsal qurğularının, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət olunmasını təmin etməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, bu tələblərə əməl olunmamasına, işçi insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinə görə qanunvericilik aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.

Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) "Təhlükəsiz iş aylığı" çərçivəsində Lənkəran, Şəki və Quba rayonlarında işəgötürənlərlə (Lənkəran Çay Fabriki, "Şəki İpək" ASC, "Şahdağ Elektrik Şəbəkəsi" ASC) keçirdiyi görüşlərdə bildirilib. Sağlam və təhlükəsiz əmək şəraitinin təşkilinə dair maarifləndirmə məqsədi daşıyan görüşlərdə əməyin mühafizəsi ilə bağlı işəgötürənlərin qanunvericilikdən irəli gələn vəzifələri, bu sahədə norma və satandartlar, qaydalar onların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, işəgötürənlər hər il əmək şəraitindən və əməyin təhlükəsizliyi vəziyyətindən asılı olaraq əməyin mühafizəsi üzrə tədbirlər üçün lazımi maliyyə vəsaiti və material ayırmalıdırlar. Müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır: "DƏMX tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə təşkil olunan əməyin mühafizəsi üzrə tədris kursları bu sahədə işəgötürənlər üçün mühüm bir dəstəkdir. Ötən dövrdə müxtəlif müəssisələr üzrə artıq 312 nəfər mütəxəssis həmin kurslarda əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Bu da onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsisinin daha səmərəli təşkilinə müsbət təsirini göstərir".

Görüşlərdə işəgötürənlərin və işçilərin mövzuya dair sualları cavablandırılıb, işçilər üçün yaradılmış əmək şəraitinə, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətinə baxış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti