...

Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir

Cəmiyyət Materials 18 Aprel 2015 15:02 (UTC +04:00)
Aprel ayının 18-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 10-cu ənənəvi şahmat turnirinə start verilmişdir.
Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprel ayının 18-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 10-cu ənənəvi şahmat turnirinə start verilmişdir. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilmişdir.

Vergilər Nazirliyi Aparatının rəhbəri Zeynalabdin Məmmədzadə turnir iştirakçılarını salamlayaraq bildirmişdir ki, Azərbaycanda şahmatın zəngin inkişaf tarixi vardır və ölkəmizdə böyük şahmatçılar yetişmişdir. Qeyd olunmuşdur ki, şahmatın daha da sürətlə inkişaf etməsi, şahmatçılarımızın müstəqil dövlətin təmsilçisi kimi beynəlxalq səviyyədə uğurlarının artması isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət almışdır.

Məhz həmin dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılmış, şahmata maraq kütləvi xarakter almış və Azərbaycan şahmat məktəbi formalaşmağa başlamışdır.

Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran natiq, bu məqsədlə 2009-cu ildə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncam imzalandığını da vurğulamışdır. Qeyd olunmuşdur ki, bu tədbirlərin nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır, əldə edilən uğurlar, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 minə yaxın uşaq və yeniyetmə məşğul olur.

Bildirilmişdir ki, iki dəfə ardıcıl olaraq Avropa çempionu olmuş Azərbaycan artıq nüfuzlu beynəlxalq şahmat yarışlarına da ev sahibliyi etməyə başlamışdır. Bu günlərdə Şəmkir şəhərində Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ikinci beynəlxalq turnir keçirilir, 2016-cı ildə isə ölkəmizdə ilk dəfə olaraq Şahmat Olimpiadasının keçirilməsi planlaşdırılır.

Turnirdə vergi orqanlarının bütün struktur bölmələrinin əməkdaşları iştirak edir. Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 2-də başa çatacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti