...

Azərbaycanda Turizm İnformasiya mərkəzlərinin sayı 15-ə çatdı

Cəmiyyət Materials 18 Aprel 2015 18:30 (UTC +04:00)
Azərbaycanda Turizm İnformasiya Mərkəzi şəbəkəsi genişlənir.
Azərbaycanda Turizm İnformasiya mərkəzlərinin sayı 15-ə çatdı

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanda Turizm İnformasiya Mərkəzi şəbəkəsi genişlənir.

Son illərdə turizmin sürətlə inkişaf etdiyi, bölgələrə səfər edən turistlərin sayının artdığı və ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarının müsbət təsirini nəzərə alaraq, Azərbaycanda turizmin inkişaf etdirilməsi və turizm xidməti səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, regionlarda turizm məhsulunun təşviqi və Turizm İnformasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində daha 6 Turizm İnformasiya Mərkəzi yaradılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bunlar, Qusar Turizm İnformasiya Mərkəzi, Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi, Bərdə Turizm İnformasiya Mərkəzi, Şəmkir Turizm İnformasiya Mərkəzi və Mingəçevir Turizm İnformasiya Mərkəzidir.

Bununla da ölkəmizdəki Turizm İnformasiya mərkəzlərinin sayı 15-ə çatıb.

Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

Turizm İnformasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti