...

Oljas Süleymanovun “Az-Ya” əsəri işıq üzü görüb

Cəmiyyət Materials 20 Aprel 2015 10:54 (UTC +04:00)
Görkəmli qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymanovun “Az-Ya” əsəri işıq üzü görüb.
Oljas Süleymanovun “Az-Ya” əsəri işıq üzü görüb

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Görkəmli qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymanovun "Az-Ya" əsəri işıq üzü görüb.

Trend-in məlumatına görə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Tərcümə Mərkəzinin kitabları" seriyasından növbəti nəşri - görkəmli qazax şairi, alimi və ictimai xadimi O.Süleymanovun "Az-Ya" əsəri işıq üzü görüb.

Türk xalqlarının tarixinə yeni yanaşma, fərqli, orijinal münasibət sərgiləyən bu əsər uzun illər sovet ideoloji cəbhəsinin hücumlarına məruz qalsa da, müstəqillik illərində dünyanın bir çox dillərinə tərcümə olunaraq, kütləvi tirajlarla nəşr edilib.

Kitab Azərbaycan dilinə görkəmli tərcüməçi, uzun illər Tərcümə Mərkəzində çalışmış mərhum Natiq Səfərov tərəfindən çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti