...

Azərbaycanda 11 yeni özəl bağça yaradılıb

Cəmiyyət Materials 20 Aprel 2015 11:41 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində 11 məktəbəqədər təhsil müəssisəsinə lisenziya verib.
Azərbaycanda 11 yeni özəl bağça yaradılıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində 11 məktəbəqədər təhsil müəssisəsinə lisenziya verib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bunlar "Beybi Smayl" uşaq bağçası, "Şəhrizad" körpələr evi uşaq bağçası, "Albalı" uşaq bağçası, "Güvən" körpələr evi uşaq bağçası, "Olimp - H uşaq bağçası" MMC, "Pleyorena" məktəbəqədər tərbiyə müəssisəsi, "Yeni Nəsil" körpələr evi - uşaq bağçası MMC, "Yeni Nəfəs" uşaq bağçası, "Günəş" məktəbəqədər tərbiyə müəssisəsi, "Göy Qurşağı 2013 uşaq bağçası" MMC, "Sehrli Aləm" körpələr evi-uşaq bağçasıdır.

Qeyd edək ki, ötən dərs ilində "İstək" və "Kaspi" liseylərinə də lisenziya verilib. Qafqaz Universiteti və Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin isə lisenziya müddəti uzadılıb.

Keçən tədris ilində bir əlavə təhsil müəssisəsinə - Azərbaycan Respublkası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinə lisenziya verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti