...

Nizami rayonunda karate üzrə turnir keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2015 14:42 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və “Start” İdman-Sağlamlıq Kompleksinin birgə təşkilatçılığı ilə müxtəlif yaş qruplarından olan uşaqlar arasında karate turniri keçirilib.
Nizami rayonunda karate üzrə turnir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və "Start" İdman-Sağlamlıq Kompleksinin birgə təşkilatçılığı ilə müxtəlif yaş qruplarından olan uşaqlar arasında karate turniri keçirilib.

Trend-in məlumatına görə, 60-dan çox idmançının iştirak etdiyi turnirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və ölkəmizdə idmana olan dövlət qayğısından danışıb.

O qeyd edib ki, yarış Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq reallaşdırılıb.

Məlumat verilib ki, 1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev daim gənclərin sağlam və vətənpərvər ruhda yetişməsi və tərbiyə almasına xüsusi diqqət ayırıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində isə bu sahədə işlər daha da genişləndirilib. Bunun nəticəsidir ki, Azərbaycanda onlarla olimpiya idman kompleksləri tikilib, minlərlə müasir idman infrastrukturuna malik məktəblər inşa və təmir edilib.
YAP Nizami rayon təşkilatının "Start" ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev, respublika Karate Federasiyasının nümayəndələri və başqaları idmançılara uğurlar arzulayıblar.

Sonra turnirə start verilib.

Turnirdə idmançılar 4 komanda şəklində olimpiya sistemi üzrə güclərini sınayıblar.

Yarışın sonunda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən idmançılara diplom, medal və hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti