...

Təhsil Nazirliyi müəllimlərlə bağlı Nazirlər Kabinetinə müraciət etdi

Cəmiyyət Materials 20 Aprel 2015 17:44 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi regionlardakı müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsinin keçirilməsi təklifi ilə Nazirlər Kabinetinə müraciət edib.
Təhsil Nazirliyi müəllimlərlə bağlı Nazirlər Kabinetinə müraciət etdi

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi regionlardakı müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsinin keçirilməsi təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Hazırda Nazirlər Kabinetində həmin təklifə baxıldığını deyən M.Cabbarovun sözlərinə görə, Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Bakıda ali, orta ixtisas təhsili və ümumtəhsil müəssisələrində tədris müddətinin mayın sonunda başa çatdırılması əvvəlcədən planlaşdırılmış addım idi.

M.Cabbarov qeyd edib ki, "Son zəng"in keçirilməsi ilə bağlı ümumtəhsil müəssisələrinə əmr verilir: "Bu il də bununla bağlı əmr imzalanacaq və orada bütün məsələlər öz əksini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti