...

Bakıda sağlamlıq turizm sərgisi keçiriləcək

Cəmiyyət Materials 20 Aprel 2015 23:35 (UTC +04:00)
2015-ci ilin 21 aprel tarixində, saat 10:00-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Fairmont Baku" mehmanxanasında 1-ci lüks "Baku Travel Bazaar Wellness" adlı sağlamlıq turizm sərgisi keçiriləcək.
Bakıda sağlamlıq turizm sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 20 aprel /Trend/

2015-ci ilin 21 aprel tarixində, saat 10:00-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Fairmont Baku" mehmanxanasında 1-ci lüks "Baku Travel Bazaar Wellness" adlı sağlamlıq turizm sərgisi keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək və daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.

"Chance Travel Consulting" (Ukrayna) və "R&S Group" (Azərbaycan) şirkətləri tərəfindən təşkil olunan tədbirdə təmsil olunanlar Avropanın və digər ölkələrin qabaqcıl turizm sənayesinin ən yaxşı mütəxəssisləridir.

Tədbirdə Azərbaycan turizm biznesinin mütəxəssisləri, tibb klinikaları, spa mərkəzləri, termal kurortları iştirak edəcək. Tədbir çərçivəsində işgüzar görüşlərin və seminarların keçirilməsi ilə yanaşı, partnyorlar tərəfindən hədiyyələrin təqdim ediləcəyi axşam proqramı təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti