...

Avropa Oyunları zamanı qonaqlara xidmət edəcək tibb müəssisələrinin adları açıqlandı

Cəmiyyət Materials 21 Aprel 2015 10:29 (UTC +04:00)
İyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələcək idmançılar və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tam hazır vəziyyətə gətirilib.
Avropa Oyunları zamanı qonaqlara xidmət edəcək tibb müəssisələrinin adları açıqlandı

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

İyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələcək idmançılar və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tam hazır vəziyyətə gətirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazirlikdə Avropa Oyunları ilə əlaqədar keçirilən kollegiya iclasında qurumun aparat rəhbəri Zəkiyyə Mustafayeva deyib.

Onun sözlərinə görə, bununla yanaşı, digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə müvafiq tibbi xidmətlərin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb.

Z.Mustafayeva bildirib ki, təcili və təxirəsalınmaz tibbi yardım heyəti ilkin tibbi yardım üzrə təlimlərə cəlb olunub. Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə ingilis dili kursları təşkil edilib. Müasir avadanlıqla təchiz olunmuş 100 ədəd təcili tibbi yardım maşını alınıb.

Z.Mustafayeva bütün rayon, şəhər səhiyyə müəssisələrinin rəhbərlərinin bu tədbirlərin keçirilməsi zamanı yarana biləcək hər hansı gözlənilməz hallarda təcili, təxirəsalımaz və xüsusiləşdirilmiş tibbi xidmətlərin göstərilməsi üçün hazırlıq işlərinin aparılmalı olduğunu vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti