...

Azərbaycanda özəl müalicə müəssisələrinin sayı 656-a çatıb

Cəmiyyət Materials 21 Aprel 2015 11:29 (UTC +04:00)
Azərbaycanda özəl müalicə profilaktika müəssisələrinin sayı 656-a çatıb.
Azərbaycanda özəl müalicə müəssisələrinin sayı 656-a çatıb

Azərbaycan, Bakı, 21 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda özəl müalicə profilaktika müəssisələrinin sayı 656-a çatıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

A.Qədirli bildirib ki, özəl klinikalarda lisenziya şərtlərinə uyğun fəaliyyətin göstərildiyini öyrənmək üçün SN tərəfindən daim planlı yoxlamalar aparılır.

Azərbaycandakı özəl müəssisələrin çoxunun ambulator xidmət göstərdiyini deyən A.Qədirli bildirib ki, stasionar müəssisə kimi fəaliyyət göstərmək istəyən tibb müəssisəsinə lisenziya verilərkən onun mütləq reanimasiya və ya intensiv terapiya şöbəsi olmalıdır: "Reanimasiya və ya intensiv terapiya şöbəsinin olmaması ciddi qanun pozuntusu sayılır və belə müəssisəyə stasionar müəssisə kimi lizenziya verilə bilməz".

Hazırda bütün stasionar özəl klinikalarda reanimasiya şöbəsinin olduğunu deyən A.Qədirli bu şöbənin sonradan başqa struktura - palataya çevrilməsinin ciddi qanun pozuntusu hesab edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti