...

I Avropa Oyunları zamanı Bakıda avtomobillərin lisenziyalaşdırılması ləğv edilib

Cəmiyyət Materials 21 Aprel 2015 11:33 (UTC +04:00)
I Avropa Oyunları zamanı Bakıda avtomobillərin lisenziyalaşdırılması ləğv edilib. Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
I Avropa Oyunları zamanı Bakıda avtomobillərin lisenziyalaşdırılması ləğv edilib

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlkin İzzət/

I Avropa Oyunları zamanı Bakıda avtomobillərin (buraxılış vərəqəsi) lisenziyalaşdırılması ləğv edilib. Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, paytaxt sakinləri Avropa Oyunları zamanı avtomobillərindən park etmədən sərbəst şəkildə istifadə edə biləcəklər.

Parkedilən avtomobillər xəbərdarlıq edilmədən evakuator vasitəsilə götürüləcək. Xüsusi qapalı yerlərdə parketmədən istifadə olunacaq.

Məlumatda qeyd olunur ki, vətəndaşlar Avropa Oyunları zamanı xüsusi ayrılacaq ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov öncə Trend-ə deyib ki, I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək.

Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq. Bundan başqa ekspress avtobuslar fəaliyyət göstərəcək. Oyunları izləmək istəyən tamaşaçılar avtomobilləri yalnız parketmə yerlərində saxlaya biləcəklər. Oradan isə ekspress avtobuslarla lazımi obyektlərə aparılacaqlar.

N.Həsənov deyib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq. Parketmə işlərinə nəzarət gücləndiriləcək.

Xatırladaq ki, daha öncə məlumat verilmişdi ki, Avropa Oyunları zamanı Bakıda avtomobillərdən istifadə edilməsi üçün müvafiq qurumlardan xüsusi buraxılış (lisenziya) vərəqəsi alınmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti