...

Zaqatalada akademik Zərifə Əliyevanın anım günü keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2015 13:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Zaqatala rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib.
Zaqatalada akademik Zərifə Əliyevanın anım günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 aprel / Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Zaqatala rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, akademikin adını daşıyan texniki fənlər təmayüllü liseydə təşkil olunmuş anım günündə Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi, liseyin direktoru Kəmalə Əhmədova alimin ömür yolu barədə iştirakçılara ətraflı məlumat verib, Z.Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Liseyin tarix müəllimi Könül Əliyeva Zərifə xanımın həyatı və fəaliyyəti ilə bağlı məruzə söyləyib. Tədbir şagirdlərin ifasında şer və kompozisiyalara davam edib.

Sonda tədbir iştirakçılarına akademik Zərifə Əliyevaya həsr olunmuş "Aləmə nur saçan işıq" adlı film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti