...

Küləkli hava şəraiti davam edəcək

Cəmiyyət Materials 21 Aprel 2015 12:39 (UTC +04:00)
Yaxın günlər ərzində Azərbaycanda küləkli hava şəraiti davam edəcək.
Küləkli hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 21 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın günlər ərzində Azərbaycanda küləkli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 5-8, gündüz 12-16 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 22-də bəzi yerlərdə şimşək caxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti