...

“Azərişıq”ın 7 regional idarəsi yaradılıb

Cəmiyyət Materials 21 Aprel 2015 14:53 (UTC +04:00)
“Azərişıq”ın 7 regional idarəsi yaradılıb. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə verilib.
“Azərişıq”ın 7 regional idarəsi yaradılıb

Azərbaycan, Bakı, 21 aprel /Trend/

"Azərişıq"ın 7 regional idarəsi yaradılıb. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə verilib. Bunu Trend-ə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC ləğv edilib.

Həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb: "İdarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirəcək".

"Azərişıq" rəsmisi bildirib ki, yeni yaradılmış regional idarələrə rəhbərlər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti