...

Bakının təhsil kompleksində "Fransa günü" keçirilib

Cəmiyyət Materials 21 Aprel 2015 16:18 (UTC +04:00)
Bakı şəhərinin 132-134 nömrəli təhsil kompleksində "Fransa günü" keçirilib.
Bakının təhsil kompleksində "Fransa günü" keçirilib

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Bakı şəhərinin 132-134 nömrəli təhsil kompleksində "Fransa günü" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye təhsil müəssisəsinin direktoru Sara Xanlarovaya Fransa ordenini təqdim edib.

S.Xanlarova bu tədbirin təhsil müəssisəsinin həyatında əhəmiyyətini vurğulayıb: "Dünyanın ən nüfuzlu dillərindən biri olan fransız dilinin məktəbimizdə ən yüksək səviyyədə tədris olunması bizim üçün böyük fəxrdir".

O, fransız dilinin tədris edilməsində dəstəyə görə səfirə təşəkkürünü bildirib.

P. Mönye diplomatik nümayəndəlik və təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafından məmnun qaldığını deyib: "Fransa Azərbaycanın getdikcə daha vacib tərəfdaşı olur. Şagirdlərin kompleksdə təhsili başa vurduqdan sonra Fransada təhsil almaq imkanları var".

Sonra şagirdlər hazırladıqları mədəni proqramı təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti