...

Xaçmazda orta məktəbdə seksual xarakterli zorakılıq hərəkətləri edən şəxslər tutuldular

Cəmiyyət Materials 21 Aprel 2015 16:05 (UTC +04:00)
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
Xaçmazda orta məktəbdə seksual xarakterli zorakılıq hərəkətləri edən şəxslər tutuldular

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlkin İzzət/

Xaçmazda orta məktəbdə seksual xarakterli zorakılıq hərəkətləri edən şəxslər tutulublar.

Trend Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata əsasən xəbər verir ki, 2015-ci il aprelin 16-da saat 14:00 radələrində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinin sanitar qovşağında kənd sakini Nərminə Cəfərovaya (ad və soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində N.Cəfərovaya qarşı mənəviyyata və hüquqazidd hərəkətlərin həmkəndliləri - Fərid Həsənov və Valeh Xurşudov tərəfindən törədilməsi müəyyən olunub.

Cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti