...

Sinoptiklərin xəbərdarlığı: aprelin 25-dək hava küləkli, yağıntılı olacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 Aprel 2015 13:08 (UTC +04:00)
Bu gündən başlayaraq, aprelin 25-dək ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir.
Sinoptiklərin xəbərdarlığı: aprelin 25-dək hava küləkli, yağıntılı olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən başlayaraq aprelin 25-dək ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Abşeron yarımadasında aprelıin 24-də güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraitinin müşahidə olunması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Aprelin 26-da əlverişli, komfort hava şəraiti gözlənilir.

Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti