...

Müsavat Partiyası sədrinin həbsdə olan müavininə qızının yas mərasimində iştirak etməyə icazə verilib

Cəmiyyət Materials 24 Aprel 2015 11:26 (UTC +04:00)
Müsavat Partiyası başqanının hazırda həbsdə olan müavini Tofiq Yaqublu bir həftəliyə qızı Nərgiz Yaqublunun vəfatı ilə əlaqədar təşkil ediləcək yas mərasimində iştirak etmək imkanı yaradılacaq.
Müsavat Partiyası sədrinin həbsdə olan müavininə qızının yas mərasimində iştirak etməyə icazə verilib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/

Müsavat Partiyası sədrinin hazırda həbsdə olan müavini Tofiq Yaqubluya bir həftəliyə qızı Nərgiz Yaqublunun vəfatı ilə əlaqədar təşkil ediləcək yas mərasimində iştirak etmək imkanı yaradılacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, bu müddət ərzində onu Penitensiar Xidmətin nəzarətçiləri müşayiət edəcək.

Xatırladaq ki, Müsavat Partiyası sədrinin hazırda həbsdə olan müavini T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllı şəhərində baş verən iğtişaşlar zamanı ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş çağırışlar etməkdə və polisə müqavimət göstərməkdə ittiham olunaraq ötən ilin martın 17-də Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib və hazırda Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Qeyd edək ki, T.Yaqublunun qızı N.Yaqublu aprelin 23-də Hepatit virusundan müalicə olunduğu Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. 26 yaşlı N.Yaqublunun dəfn edilməsi üçün nəşinin bu gün Azərbaycana gətirilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti