...

Macar fotomüxbir Bakıda böyük quruculuq və abadlıq işlərinin tərənnümçüsünə çevrilib

Cəmiyyət Materials 24 Aprel 2015 21:33 (UTC +04:00)
Macarıstanın bir sıra qəzetlərinin fotomüxbiri Adam Lazar bu ilin mart ayında Azərbaycan səfirliyinin yardımı ilə Bakıda dörd günlük səfərdə olub və geri qayıdandan sonra ölkəmizin son illərdə qazandığı uğurların, böyük quruculuq və abadlıq işlərinin əsl tərənnümçüsünə çevrilib.
Macar fotomüxbir Bakıda böyük quruculuq və abadlıq işlərinin tərənnümçüsünə çevrilib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Macarıstanın bir sıra qəzetlərinin fotomüxbiri Adam Lazar bu ilin mart ayında Azərbaycan səfirliyinin yardımı ilə Bakıda dörd günlük səfərdə olub və geri qayıdandan sonra ölkəmizin son illərdə qazandığı uğurların, böyük quruculuq və abadlıq işlərinin əsl tərənnümçüsünə çevrilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, onun bütün bir səhifəni tutan səfər təəssüratları Macarıstanın 100 min tirajla çıxan "24 ora" ("24 saat") qəzetinin 16 aprel tarixli sayında dərc olunub.

Aprelin 20-də Budapeştin Budakezi kitabxanasında tanınmış fotoqrafın Bakıda çəkdiyi şəkillərdən ibarət sərgi açılıb. A.Lazar, eyni zamanda, kitabxananın oxucuları qarşısında Bakı səfərindən gətirdiyi çoxsaylı slaydları nümayiş etdirib.

Aprelin 21-də Budakezidəki Seçenyi məktəbinin müəllim və şagirdləri ilə görüş də A.Lazarın səyi ilə həqiqi bir "Azərbaycan günü"nə çevrilib. Onun ölkəmiz haqqında danışdıqları və nümayiş etdirdiyi rəngarəng slaydlar gənclərin böyük marağına səbəb olub.

Son günlərdə isə A.Lazar Budapeştin Promotor TV və Buda TV kanalları ilə yayımlanan tok-şoularda Azərbaycan haqqında öz təəssüratlarını bölüşüb.

Səfirlikdə keçirilən görüş zamanı bildirdiyinə görə tanınmış fotomüxbirin əsas niyyəti az sonra Bakıda start götürəcək Birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlər arasında yer almaq, bu böyük idman bayramının foto-salnaməçilərindən birinə çevrilməkdir.

Xəbər lenti

Xəbər lenti