...

Azərbaycana yeni 50 yük vaqonu gətirildi (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2015 14:26 (UTC +04:00)
Danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alınıb.
Azərbaycana yeni 50 yük vaqonu gətirildi (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir Azad Həsənli/

"Uralvaqonzavod" Azərbaycana 50 yük vaqonu göndərdi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə bildiriblər ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Rusiya Federasiyasının "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirdiyi görüşdə yük vaqonlarının alınması vəziyyəti araşdırılıb.

Danışıqların nəticəsi olaraq "Uralvaqonzavod"dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alınıb.

Bu gün 50 yarımvaqon tipli yük vaqonu Azərbaycana gətirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov yeni vaqonlara baxış keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti