...

Azərbaycan Turizm və Menecment Universiteti 5-ci “Lüsern Dünya Turizm Forumu”nda tərəfdaş olacaq

Cəmiyyət Materials 25 Aprel 2015 14:50 (UTC +04:00)
Azərbaycan Turizm və Menecment Universiteti 5-ci “Lüsern Dünya Turizm Forumu”nda tərəfdaş olacaq.
Azərbaycan Turizm və Menecment Universiteti 5-ci “Lüsern Dünya Turizm Forumu”nda tərəfdaş olacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Turizm və Menecment Universiteti 5-ci "Lüsern Dünya Turizm Forumu"nda tərəfdaş olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 23-24-də İsveçrə Konfederasiyasının Lüsern şəhərində Nazirliyin qonaq ölkə qismində iştirak etdiyi 4-cü "Lüsern Dünya Turizm Forumu" keçirilib.

Forum zamanı Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov və "Lüsern Dünya Turizm Forumu"nun Təşkilat Komitəsinin baş meneceri Martin Barth tərəfdaşlıq memorandumu imzalayıblar.

Memoranduma əsasən, universitet 5-ci "Lüsern Dünya Turizm Forumu"nda tərəfdaş qismində iştirak edəcək. Bununla yanaşı, Azərbaycan Turizm və Menecment Universiteti dünyanın 15-dək tanınmış universitetinin qatıldığı "Gənc istedadlar" proqramına üzv olacaq və universitetin müəllim və tələbə heyətindən seçilmiş nümayəndələrin bu forumda iştirakı təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti