...

Səfirlik: Nepaldakı Azərbaycan vətəndaşları evakuasiya olunur

Cəmiyyət Materials 27 Aprel 2015 11:41 (UTC +04:00)
Nepalda olan Azərbaycan vətəndaşlarının bu ölkədən evakuasiya edilməsi üçün bütün mümkün tədbirlər görülür.
Səfirlik: Nepaldakı Azərbaycan vətəndaşları evakuasiya olunur

Azərbaycan, Bakı, 27 aprel /Trend, Səba Ağayeva/

Nepalda olan Azərbaycan vətəndaşlarının bu ölkədən evakuasiya edilməsi üçün bütün mümkün tədbirlər görülür.

Bunu Trend-ə Azərbaycanın Hindistandakı, eləcə də Nepalda akkreditasiya olunmuş səfirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan hökuməti və səfirliyi bu istiqamətdə əlindən gələni edir.

Səfirlikdən bildirilib ki, ilkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti