...

Bakıda əcnəbillərin külli miqdarda saxta dollar satması aşkarlanıb

Cəmiyyət Materials 27 Aprel 2015 13:19 (UTC +04:00)
Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.
Bakıda əcnəbillərin külli miqdarda saxta dollar satması aşkarlanıb

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Bakıda külli miqdarda saxta dollarlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti