...

"Action Asia" jurnalında Azərbaycanın qış turizmi haqqında məqalə dərc olunub

Cəmiyyət Materials 27 Aprel 2015 22:53 (UTC +04:00)
Honq Konqda nəşr olunan "Action Asia" jurnalında amerikalı Cimmi Peterson tərəfindən Şahdağ Turizm Mərkəzi haqqında məqalə yayımlanıb.
"Action Asia" jurnalında Azərbaycanın qış turizmi haqqında məqalə dərc olunub

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Honq Konqda nəşr olunan "Action Asia" jurnalında amerikalı Cimmi Peterson tərəfindən Şahdağ Turizm Mərkəzi haqqında məqalə yayımlanıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, məqalədə C.Petersonun Azərbaycana səfəri zamanı Şahdağ Turizm Mərkəzinə və Tufandağ Qış-Yay Turizm Kompleksi haqqında təəssüratları öz əksini tapıb.

Səfər zamanı jurnalist Şahdağ Turizm Mərkəzində yaradılan şəraitlə yaxından tanış olduğunu və dünyanın 49 ölkəsində xizək sürməsinə baxmayaraq, Azərbaycanda yerləşən Şahdağın bunlar arasında qabaqcıl yer tutduğunu bildirib.

C.Peterson xüsusilə də yaxın gələcəkdə Azərbaycanın Şahdağ Turizm Mərkəzinin Koreya və digər Asiya ölkələrindəki kimi xizək sürmə üçün məkan olacağına inandığını qeyd edib.

Həmçinin səfəri zamanı Azərbaycan əhalisinin qonaqpərvərliyi qonağı heyran edib və o bu barədə məqalədə geniş bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti