...

Azərbaycanın Daimi nümayəndəliyi qalib oldu (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2015 20:42 (UTC +04:00)
Turnir FIFA-nın mini-futbol turniri üzrə qaydaları əsasında Cenevrə Futbol Federasiyasının hakimləri tərəfindən idarə olunub.
Azərbaycanın Daimi nümayəndəliyi qalib oldu (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

İsveçrənin Cenevrə şəhərində BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndəlikləri və beynəlxalq təşkilatlar arasında "İnkişaf və Sülh üçün Beynəlxalq İdman Günü" münasibətilə mini-futbol turniri təşkil edilib. Turnir FIFA-nın mini-futbol turniri üzrə qaydaları əsasında Cenevrə Futbol Federasiyasının hakimləri tərəfindən idarə olunub.

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyinin əməkdaşlarından ibarət komanda sözügedən turnirdə iştirak edib və oyunlardan öncə ölkəmiz, habelə Bakı-2015 I Avropa Oyunları ilə bağlı rəqib komandalara kitab və jurnallar təqdim edib.

Turnirin qrup mərhələsində bütün rəqiblərini məğlub edən komandamızın yarımfinal mərhələsindəki rəqibi Türkmənistan, Gürcüstan, Misir, Latviya, Qırğızıstan, Moldova və Tacikistan daimi nümayəndəliklərinin əməkdaşlarından ibarət yığma komanda olub. Rəqibini 8-4 hesabı ilə məğlub edən komandamızın finaldakı rəqibi isə Paraqvay və Venesuela daimi nümayəndəliklərinin əməkdaşlarından ibarət yığma komanda olub. Beləliklə, finaldakı rəqibini 5-4 hesabı ilə məğlub edən Daimi nümayəndəliyimiz turnirin qalibi olub və kubok və medallarla təltif olunub.

Turnirdə 20-dən çox ölkənin nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti