...

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 28 km-i əsaslı təmir olunub (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2015 08:45 (UTC +04:00)
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 28 km-i əsaslı təmir olunub (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

Trend "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinə istinadan məlumat verir ki, hazırda daha 4,7 km yolun təmirinə başlanılıb. Təmir işləri 6-cı post-Sumqayit mənzilində aparılır. Artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 28 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti