...

“Savaşdan barışa” foto sərgi (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2015 10:05 (UTC +04:00)
Məhsəti Gəncəvi Mərkəzində Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş “Savaşdan barışa” foto sərgisi keçirilib.
“Savaşdan barışa” foto sərgi (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Məhsəti Gəncəvi Mərkəzində Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş "Savaşdan barışa" foto sərgisi keçirilib. Trend-in məlumatına görə, sərgi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğu və Yunus-Əmrə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndiriməsi ilə başlayıb. Gəncə Musiqi Kollecinin tələbələri tərəfindən "Çanaqqala romansı"nın ifası ilə davam edib.

Şair İnqilab İsaq Çanaqqalaya həsr etdiyi şeirini oxuyub. Yunus-Əmrə İnstitutunun Bakı ofisinin rəhbəri Ali Cura Türkiyə-Azərbaycan münasibətlərindən, Çanaqqala savaşından,Çanaqqala savaşında iştirak edən azərbaycanlı əsgərlərdən danışıb.

Sərgidə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev Azərbaycan-Türkiyə qardaşlığından, Çanaqqala zəfərinin böyk tarixi əhəmiyyətindən, bu savaşda 3 min azərbaycanlının şücaətindən söhbət açıb, belə möhtəşəm qələbənin tezliklə cənab Prezidentimiz İlham Əliyevin liderliyi altında Qarabağda da əldə ediləcəyini vurğulayıb.

Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşık Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümünə həsr olunmuş mərasimin unudulmaz məqamlarını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixi mərasimə qatılaraq ölkələrimiz arasında sıx və qırılmaz dostluq əlaqələrinin daim möhkəm olduğunu təsdiqləyib.

Tədbir iştirakçıları sərgiyə baxaraq 1915-ci ildə Çanaqqala döyüşlərinin igidlik və mərdlik yolunu əks etdirən unudulmaz anlarını izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti