...

Meteohəssas insanlara xoş xəbər

Cəmiyyət Materials 28 Aprel 2015 12:34 (UTC +04:00)
Yaxın iki gün ərzində Abşeron yarımadasında meteohəssas insanlar üçün əlverişli olan komfort hava şəraiti gözlənilir.
Meteohəssas insanlara xoş xəbər

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın iki gün ərzində Abşeron yarımadasında meteohəssas insanlar üçün əlverişli olan komfort hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə zəif külək olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 8-13, gündüz 15-20,bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir.

Aprelin 29-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 26 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti