...

Azərbaycanda daha bir dərman vasitəsinin satışına və istifadəsinə qadağa qoyulub

Cəmiyyət Materials 28 Aprel 2015 13:38 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi "AzərFarm Ltd" şirkətinin istehsal etdiyi Kalsium xlorid 5% 100 ml dərman vasitəsinin satışına və istifadəsinə qadağa qoyub.
Azərbaycanda daha bir dərman vasitəsinin satışına və istifadəsinə qadağa qoyulub

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi "AzərFarm Ltd" şirkətinin istehsal etdiyi Kalsium xlorid 5% 100 ml dərman vasitəsinin satışına və istifadəsinə qadağa qoyub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, son günlər ərzində sosial şəbəkələrdə Kalsium xlorid 5%-li 100 ml məhlul dərman vasitəsinin istifadəsi zamanı baş verən ölüm halları barədə məlumatlar yazılıb. İstehsal olunmuş bu preparatın hər hansı bir ölüm halına və neqativ bir hala səbəb olması haqda məlumatlar əsassız sayan anzirlik rəsmisi qeyd edib ki, AzərFarm Ltd şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olan məktubda şirkətin istehsal etdiyi 036 seriyalı istifadə müddəti 01.2017-ci il olan Kalsium xlorid 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı həmin seriyanın satışının dayandırılması və 036 seriyalı Kalsium xlorid 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciət olub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə Daxil olmuş məlumat əsasında müvafiq sərəncamla AzərFarm Ltd şirkətinin istehsal etdiyi Kalsium xlorid 5% 100 ml dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyulmuş və əczaçılıq şəbəkəsindən yığılması tam təmin edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti