...

Azərbaycanda magistratuya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlandı

Cəmiyyət Materials 28 Aprel 2015 16:26 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.
Azərbaycanda magistratuya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək hüququ olan 10170 bakalavrdan 348 nəfəri imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 7-dən 12-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə 28) aprelin 29-dan mayın 1-dək (saat 10:00-dan 17:00-dək) Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti