...

Fəaliyyəti dayandırılmış ABU tələbələrinin attestatları qaytarılır

Cəmiyyət Materials 30 Aprel 2015 17:01 (UTC +04:00)
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə (ABU) qəbul olub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılmasına başlanılır.
Fəaliyyəti dayandırılmış ABU tələbələrinin attestatları qaytarılır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə (ABU) qəbul olub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılmasına başlanılır.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, həmin şəxslərin siyahısı Təhsil Nazirliyinin rəsmi saytında və "facebook" səhifəsində yerləşdirilib.

Qeyd olunan siyahıda adı olan şəxslər 4 may 2015-ci il tarixdən Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti