...

Avropa Oyunları ilə əlaqədar Bakı polisinin şəxsi heyətinin sıra baxışı keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2015 10:45 (UTC +04:00)
Birinci Avropa Oyunları ilə əlaqədar bazar günü Dövlət Bayraq Meydanında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinin sıra baxışı keçirilib
Avropa Oyunları ilə əlaqədar Bakı polisinin şəxsi heyətinin sıra baxışı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Birinci Avropa Oyunları ilə əlaqədar bazar günü Dövlət Bayraq Meydanında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinin sıra baxışı keçirilib.

Trend-in məlumatına görə, tədbir yol polisləri sırasında nizam-intizam qaydaları gücləndirmək, ictimai asayişin qorunması və xidmət intizamının möhkəmləndirilməsi məqsədi ilə keçirilib.

Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

BŞBPİ-nin rəisi M.Seyidovşəxsən sıraları gəzərək şəxsi heyətlə, həmçinin yol polislərinin geyim qaydaları ilə yaxından tanış oldu.

Təntənəli marşın sədaları altında əvvəlcə BŞDYPİ-nin şəxsi heyəti, daha sonra yol patrul avtomobilləri və motosikletləri fəxri tribunanın önündən keçdi.

M.Seyidov sıra baxışını ümumilikdə qənaətbəxş hesab edərək,yol polislərinə öz məsləhət və tövsiyyələrini verdi.

 
Məqalədə:
Xəbər lenti

Xəbər lenti